Qadın dərmandan zəhərləndi


Mingəçevirdə 39 yaşlı qadın normadan artıq dərman içib.
Yeniavaz.com xəbər verir ki, hadisə Aydın Məmmədov küçəsi 12, mənzil 40 ünvanında baş verib. Belə ki, 1980-ci il təvəllüdlü ev sakini Cavadova Günel Elton qızı normadan artıq qəbul etdiyi dərmən preparatlarının təsirindən zəhərlənərək huşsuz vəziyyətə düşüb. G. Cavadova dərhal xəstəxanaya çatdırılıb. Qadının dərmanı qəsdən, yoxsa təsadüfən normadan artıq miqdarda qəbul edib-etmədiyi hələlik məlum deyil. Mingəçevir xəstəxanasından G. Cavadovanın durumunun ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top