Yol qəzasında ölən şəxs icra başçısının sürücüsü olub - YENİLƏNİB

Goranboyda avtomobil qəzasında dünyasını dəyişən şəxs Xocalı rayon İcra Hakimiyyəti başçısının sürücüsü olub.

Rayonun Səfikürd kəndi ərazisində "HOVO" markalı yük maşının "VAZ 2115" markalı minik maşını ilə
toqquşması nəticəsində dünyasını dəyişən şəxs –1969-cu il təvəllüdlü Əliyev Rauf İsmayıl oğlu Xocalı rayon İcra Hakimiyyəti başçısının sürücüsü olub.

Qeyd edək ki, R.Əliyev şəxsi minik avtomobilini idarə edərkən qəza törədib. ONA

09.33

Goranboyda ağır yol qəzası baş verib, bir nəfər ölüb.

Yeniavaz.com xəbər verir ki, hadisə rayonun Səfikürd kəndi ərazisində qeydə alınıb.

Belə ki, "VAZ 2115" markalı minik maşını ilə "Howo" markalı yük maşını toqquşub. Qəza nəticəsində minik maşınının sürücüsü 1969-cu il təvəllüdlü Aşağı Ağcakənd kənd sakini Əliyev Rauf İsmayıl oğlu ağır xəsarətlər alıb. O, ətrafdakıların köməyi ilə xəstəxanaya aparılarkən yolda keçinib.

Faktla bağlı araşdırma aparılır.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top