Orta məktəb müəllimi işdən çıxarıldı - VİDEOYA GÖRƏ


Azərbaycanda məktəbdə çəkilən daha bir xoşagəlməz görüntülər yayılıb.

Yeniavaz.com unikal.org-a istinadən xəbər verir ki, görüntülər dərs vaxtı qeydə alınıb. İki şagird müəllimin qabağında rəqs edir. Digər şagird isə müəllimə qarşı xoş olmayan hadisəni çəkir.

Rəqs edən şagirdlər müəllimə əl qaldırmaqdan belə çəkinmirlər.

Məsələ ilə bağlı Bakı şəhər Baş Təhsil İdarəsinin mətbuat katibi Bəşarət Məmmədov bildirib ki, bu hadisə bir neçə il öncə Binəqədi rayonundakı məktəblərin birində baş verib: "Həmin müəllim işinin öhdəsindən gələ bilmədiyi üçün ərizə yazaraq işdən çıxıb".

DİGƏR XƏBƏRLƏR

Top