Rusiya çimərliyində 24 yaşlı azərbaycanlı batıb


Başqırdıstan Respublikasının (Rusiya) Ufa şəhərinin Solneçnı çimərliyində may ayının 11-də gənc oğlan batıb.

Yeniavaz.com oxu.az-a istinadən xəbər verir ki, hadisə yerinə dərhal kater ilə xilasedicilər yollansalar da, onu xilas etmək mümkün olmayıb.

"Təəssüf ki, kişini xilas etmək mümkün olmadı, o, xilasedicilər gələnə qədər boğuldu", - deyə Ufanın Mülki Müdafiə İdarəsindən bildirilib.

Bildirilir ki, çimərlikdə batan şəxs 24 yaşlı azərbaycanlıdır. Dalğıclar onun meyitini hələ də axtarırlar. 

DİGƏR XƏBƏRLƏR

Top