Bakıda sürücü vurduğu qadını xəstəxanaya yerləşdirib

Yasamal rayonunda bir nəfər yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıb.

Yasamal rayonu, Şərifzadə küçəsində 1985-ci il təvəllüdlü Hüseynova Nahidə Azər qızını taksi vurub.

Sürücü yaralını 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirib. Həkimlərin verdiyi məlumata görə onun vəziyyəti orta ağırdır.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

ONA

DİGƏR XƏBƏRLƏR

Top