“Toppuş bacı”: Xəstəlik metastaz verib, boğazıma kimi yayılıb


Əməkdar artist Tünzalə Əliyeva "Instagram" hesabında səhhətinin yenidən pisləşməsi ilə bağlı yazı paylaşıb. 

Yeniavaz.com xəbər verir ki, aktrisa xəstəliyinin metastaz verdiyini və boğaz hissəsinə qədər yayıldığını yazıb.

“Hər vaxtınız xeyr olsun. Bu sözləri yazmaq mənim üçün çox çətindir. Təəssüflər olsun ki, xəstəliyim metastaz verib və boğazıma qədər yayılıb. İnşallah Milli Onkologiya Mərkəzində 6 seans kimya terapiya alacağam. İnşallah, sağalaram. Əlbəttə, mən hər an hər şeyə özümü hazırlamışam, amma inanıram ki, hər şey yaxşı olacaq. Çünki Zəhram hələ çox balacadır. Mən hələ onu böyütmək istəyirəm. Akademik Cəmil Əliyev və Milli Onkologiya Mərkəzinin rəhbəri Azad bəyə təşəkkür edirəm ki, məni belə diqqətlərində saxlayırlar və bütün müalicəni tam təmənnasız edirlər. Onkologiya bütün kollektivə təşəkkür edirəm”, - deyə o vurğulayıb.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 

insallah herey yaxsi olacaq 2 ci gununden ankalogiyada mualiceletim baslayacaq

A post shared by Respublikanin Emekdar Artisti (@tunzale_official_) on

DİGƏR XƏBƏRLƏR

Top