
Gürcüstanda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.
“Georgia Online” xəbər verir ki, Xaşuri-Borjomi yolunda toy karvanında olan iki avtomobil toqquşub.
Nəticədə 8 nəfər xəsarət alıb. Onlar Xaşuri xəstəxanasına yerləşdirilib.
Xəsarət alanlardan 7 nəfər yeniyetmədir.
Faktla bağlı araşdırma aparılır.(oxu.az)