
2016-cı ilin ilk yarısında Azərbaycanın ticarət əməliyyatlarının həcmi 12 milyard 742 milyon 682,8 min dollar olub. “Yeniavaz.az” Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki, ticarət əməliyyatlarının həcmi keçən ilin müvafiq dövrünə nisbətən 22,6% azalıb. İdxal əməliyyatları üzrə 6 milyard 201 milyon 463 min dollar (keçən ilin müvafiq dövrünə nisbətən 5,9% azalıb), ixrac əməliyyatları üzrə 6 milyard 541 milyon 219,7 min dollar (keçən ilin müvafiq dövrünə nisbətən 33,8% azalıb) ticarət həcmi qeydə alınıb. Yanvar-iyun aylarında saldo 340 milyon dolları olub.
Neft məhsullarının ixracı 2 dəfədən çox aşağı düşüb
Əvvəlki illərdə olduğu kimi cari ilin ilk 9 ayı ərzində də xarici ölkələrə ən çox xam neft idxal olunub. Hesabat dövrü ərzində xarici ölkələrə 4 milyard 699 milyon dollar dəyərində xam neft göndərilib ki, bu da ümumi ixracın 71,8%-ni təşkil edib. Qeyd edək ki, 2015-ci ilin yanvar-sentyabr aylarında bu məhsulun ümumi ixracdakı payı 77,7% olub. Eyni zamanda ötən illə müqayisədə xam neftin ixracı dəyər ifadəsində 31,1% azalıb.
Xam neftdən sonra xarici ölkələrə ən çox təbii qaz satılıb. İxrac olunan təbii qazın dəyəri isə 718,4 milyon dollar təşkil edib. Ötən ilin analoji dövrü ilə müqayisədə təbii qazın ixracı daha çox - 44,6% azalıb. Təbii qazdan sonra xarici ölkələrə ən çox neft məhsulları ixrac edilib ki, onu da dəyəri 265,2 milyon dollara bərabər olub. Neft məhsullarının ixracı da kəskin azalıb. 2015-cü ilin yanvar-sentyabr ayları ilə müqayisdə neft məhsullarının ixracı 2 dəfədən çox aşağı düşüb.
İxrac olunan məhsulların sıralamasında xam neft, neft məhsulları və qazdan sonra meyvə-tərəvəz, plastmassa və onlardan hazırlanan məmulatlar, qara metallar və onlardan məmulatlar, alüminium və ondan hazırlanan məmulatlar, şəkər, həmçinin bitki və heyvan mənşəli yağlar gəlir. Cari ilin ilk 9 ayı ərzində xarici ölkələrə 216,6 milyon dollar dəyərində meyvə-tərəvəz, 70,5 milyon dollar dəyərində plastmassa və onlardan hazırlanan məmulatlar, 68,9 milyon dollar dəyərində qara metallar və onlardan məmulatlar, 71,8 milyon dollar dəyərində alüminium və ondan hazırlanan məmulatlar, 50,4 milyon dollarlıq şəkər, 46,1 milyon dollarlıq kimya sinayesi məhsulları satılıb.
Tütün məhsullarının idxalı 2 dəfəyə yaxın azalıb
Bunlardan baqşqa 2016-cü ilin yanvar-sentyabr aylarında ölkəyə 949,1 milyon dollar dəyərində ərzaq məhsulları gətirilib ki, bunun 208,4 milyon dolları buğdanın, 91,2 milyonu meyvə-tərəvəzin, 131,4 milyon dolları şəkərin, 38,4 milyon dolları isə yağların payına düşüb. Ötən illə müqayisədə buğda idxalı 7,3% azalıb, şəkər idxalı 56,1%, yağların idxalı 2,4 dəfə, meyvə-tərəvəzin idxalı isə 2,2 dəfə artıb. Həmçinin tütün və tütün məhsulları ilə əczaçılıq məhsulları da ən çox satın alınan məhsullar sırasında olub. Bu məhsulların ölkəmizə gətirilməsi üçün 9 ayda müvafiq olaraq 120,5 və 138,8 milyon dollar ödənilib. Son bir ildə tütün və tütün məmulatların idxalı dəyər ifadəsində 2 dəfəyə yaxın, əczaçılıq məhsullarının idxalı isə dəyər ifadəsində 30% azalıb.
Avtomobil idxal 6 dəfə azalıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 3 min 906 ədəd avtomobil idxal olunub. Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 19 min 9 ədəd yaxud 5,8 dəfə azalma deməkdir. Hesabat dövründə avtomobil idxalının 86,7%-i əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin payına düşüb. Belə ki, ilin 9 ayı ərzində bu nəqliyyat vasitələri üzrə 3 min 389 ədəd idxal qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövründən 6 dəfə yaxud da 16 min 997 ədəd azdır. Hesabat dövründə 379 ədəd yük daşımaq üçün motorlu nəqliyyat vasitələri idxal olunub ki, bu da 1205 ədəd yaxud da 4,2 dəfə azalıb. İlin 9 ayı ərzində xüsusi təyinatlı motorluq nəqliyyat vasitələrinin idxalının sayı 135 ədəd yaxud da 2,7 dəfə azalaraq 77 ədəd təşkil edib. Bu dövrdə 61 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri idxal olunub. Bu nəqliyyat vasitələrinin sayı 672 ədəd yaxud da 12 dəfə azalıb.
A.C.
Tətbiqimizi yükləyə bilərsiniz