"Mançester Yunayted" ispan futbolçusunu yola salır


Ander Errera mövsümün sonunda "Mançester Yunayted" klubunu tərk edəcək. Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi İngiltərə təmsilçisinin heyətində beş mövsüm keçirib.

Onun müqaviləsi 2019-cu il iyunun 30-dək nəzərdə tutulub. A. Errera bildirib: "Mançester Yunayted"də keçirdiyim 200-ə yaxın oyunun hər birini yadda saxlayacağam. Bu beş heyrətamiz ilə görə təşəkkür edirəm". Onun PSJ-yə keçəcəyi iddia edilir.

DİGƏR XƏBƏRLƏR

Top