Bahçelidən Cem Yılmaza SƏRT TƏNQİD: Paltarını dəyiş


"Mən bundan sonra Cem Yılmazı sevə bilmərəm".

Yeniavaz.com "Habertürk" saytına istinadla xəbər verir ki, bunu Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli komediya ustası C. Yılmazın İstanbul seçkilərinin yenilənməsi qərarından sonra Əkrəm İmamoğlunu dəstəkləməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Türkiyədə telekanallar sənətkar olmayanları sənətkara çevririr: "O qədər yüksəlişdən sonra bir söz deməlidir. Onları diqqətə almıram. Hər kəs Cem Yılmaz bəyi sevir və çox gülür. Mən isə onu görəndə əvvəlcə deyərəm ki, paltarını dəyiş. Qalstuk tax, hətta taxma, başqa bir şey elə. Bələdiyyə seçkilərində səs verəcəksənsə, get ver, amma sənə olan sevgini siyasi cəhətdən istismar edib hamımızın allergiyasını toplamağa vasitə olma. 49 faizi (seçkilərdə "Millət" ittifaqına səs verənlər) sevə bilərsən, amma 51 faizə ("Cumhur" ittifaqına səs verənlər) də hörmət et. Mən bundan sonra Cem Yılmazı sevə bilmərəm".

DİGƏR XƏBƏRLƏR

Top