
"AdekvaD"ın həmmüəllifi Artur Danielyan Ermənistanın Baş naziri Nikol Paşinyanı məhkəməyə verib. Yeniavaz.com Ermənistan KİV-ə istinadla xəbər verir ki, bu barədə A. Danielyan özünün "Facebook" səhifəsində məlumat verib.
O yazıb: "İnsanların çoxu deyəcək ki, nə mənası var, axı hazırda qatillər həbsxanadan buraxılır, müxaliflər sistematik təqibə məruz qalırlar, hüquq-mühafizə orqanlarının əməkdaşları bu barədə susurlar. Erməni dövlətinin mövcud olub-olacağını bilmirəm. Əgər mövcud olacaqsa, onlar qanunun aliliyinə və cəzanın qaçılmazlığına əsaslanmalıdır. Nikol Paşinyan və səfehliyin 50 çalarını təmsil edən onun ətrafı təkcə bu epizod üzrə deyil, həm də çoxsaylı normaları pozduğuna və məni şəxsən təhqir etməyə görə cəzalanmalıdır".
Tətbiqimizi yükləyə bilərsiniz