"Formula 1" Qrupunun baş icraçı direktoru Azərbaycanda yaranmış problemlərdən danışdı


"Formula One Group"un baş icraçı direktoru Çeyz Keri Azərbaycan Qran-Prisi zamanı "F1 TV" sistemində yaranmış problemlərdən danışıb. Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, o, probmelərin gözlənilməz olduğunu deyib.

Qeyd edək ki, azarkeşlər "F1 TV" vasitəsi ilə yarışlara birbaşa baxa bilirlər. Ancaq xüsusi ilə Bakı Qran-Prisi zamanı "F1 TV" sistemində yaranmış problemlər səbəbindən bir çox azarkeşə geri ödəniş edilib.

Ç. Keri bütün problemlərin təsbit edilib həll edilməsinin 1 il vaxt aparacağını vurğulayıb: "Azərbaycanda yaşanan problemlər həqiqətən də gözlənilməziydi. Bu cür platformalarda belə şeylərin olması normal haldır. Bunların öhdəsindən gəlməiyik. Ancaq gözlənilməz problemlər həmişə ola bilər".

DİGƏR XƏBƏRLƏR

Top