Hidistanda qasırğa: onlarla ölən var

Ötən gün Hindistanın Odişa ştatında baş verən qasırğa nəticəsində ölənlərin sayı artıb.  Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, qasırğda həyatını itirənlərin sayı 41-ə çatıb.

Orişa xüsusi xilasetmə komissiyası "Fani" nəticəsində Puridə 21, Mayurbini və Cajpurda 4, Kendraparada 3, Kuttakda 5, Bhubaneşvarda isə 4 nəfərin öldüyünü bildirib.

Verilən məlumatlara görə, qasırğadan sonra ərazilərdə enerji infrastrukturunun bərpası üçün təxminən 2500 elektrik mühəndisi cəlb edilib.

Qeyd edək ki, ilkin hesablamalara görə, ölkəyə 137,5 milyon dollar zərər dəyib.

DİGƏR XƏBƏRLƏR

Top