
Apreldə Venesuelada inflyasiyanın artımı 44,7 faizə çatıb. Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bunu Milli Assambleyanın (birpalatalı parlament) Maliyyə komitəsinin üzvü Anhel Alvardo deyib.
Onun sözlərinə görə, ölkədə hiperinflyasiya qorunur, alıcılıq qabiliyyəti sərbəst eniş vəziyyətindədir: "İnflyasiya apreldə sürətlənərək 44,7 faiz təşkil edib. Toplanmış (2019-cu ilin əvvəlindən) inflyasiya aprelə kimi 665 faiz, illik ifadədə isə 1,3 milyin faiz səviyyəsinə çatıb".
Qeyd edək ki, Venesuelada davam edən iqtisadi böhran ilkin zəruri malların çatışmazlığı ilə müşayiət olunur. 2018-ci ildə ölkədə illik inflyasiya təqribən 1,7 faiz olub.
Tətbiqimizi yükləyə bilərsiniz