
Yaponiya parlamentinin yuxarı palatası ödənişsiz uşaq bağçaları haqqında qanun qəbul edib. Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, qanun 2019-cu ilin oktyabrında qüvvəyə minəcək. Bu sənəd apreldə aşağı palatada artıq təsdiqlənmişdi.
Yeni qanuna əsasən, yaşı 3-dən 5-dək olan bütün uşaqlar ödəniş etmədən uşaq bağçalarına gedə biləcəklər. Yaponiyada uşaqlar ibtidai məktəbə 6 yaşında qəbul olunurlar. Yuxarı palata, həmçinin gəlirləri aşağı olan ailələlərin uşaqları üçün məktəbin yuxarı siniflərində və ali təhsil müəssisələrində pulsuz təhsil haqqında qanun qəbul edib. Bu sənəd isə 2020-ci ilin aprelindən qüvvəyə minəcək.
Hökumət belə islahatların maliyyələşdirilməsi məqsədi ilə bütün alış-satış əməliyyatların məbləğindən istehlakçı vergisini indiki 8 faizdən 10 faizədək artırmağı nəzərdə tutur.
Tətbiqimizi yükləyə bilərsiniz