Yalan xəbər yazanlara 10 il həbs cəzası veriləcək


Cənub-Şərqi Asiya ölkəsi Sinqapur internet və sosial şəbəkələrdə saxta və əsassız xəbərlər yazan şəxsləri cinayət məsuliyyətinə cəlb edəcək. 

Yeniavaz.com xəbər verir ki, bu barədə "Kanal News Asia" televiziyasının internet saytı məlumat verib.

Qanunvericilik Məclisi ötən gün keçirilən səsvermə zamanı internetdə manipulyasiya məqsədilə yalan və əsassız xəbər paylaşanların cinayət məsuliyyətinə cəlb edilməsini nəzərdə tutan qanun qəbul edib.

Qanuna görə yalan xəbər yazıb onları paylaşan şəxslər 10 il həbs cəzası alacaqlar.

DİGƏR XƏBƏRLƏR

Top