"Qalatasaray"dan İmamoğluna dəstək - VİDEO


"Qalatasaray" klubundan iyunun 23-də keçiriləcək İstanbul Böyükşəhər Bələdiyyə sədrliyinə namizəd Əkrəm İmamoğluna dəstək gəlib.

Yeniavaz.com
Türkiyə KİV-ə istinadla xəbər verir ki, klubun Divan üzvü Hayri Kozak CHP-nin namizədinə dəstəyini ifadə edib.

O, Divan qurumunun iclasında çıxış edərək Ə. İmamoğlunun "hər şey çox gözəl olacaq" şüarını səsləndirib: "İyunun 23-də çempionluğumuz daxil olmaqla, hər şey çox gözəl olacaq. Eynilə İmamoğlunu dediyi kimi. Tanrı İmamoğlunu bu məmləkətə bağışladı. Allah köməyi olsun. İnşallah iyunun 23-də təkcə biz deyil, Türkiyənin bayram edəcəyi axşam olacaq. Hamımızın üzərinə vəzifə düşür. Seçkiyə getməyəni qulağından tutub gətirəcəyik. İyunun 23-də nöqtəni qoyacağıq".

DİGƏR XƏBƏRLƏR

Top