Cem Yılmazın səhhəti səhnədə pisləşdi


Türkiyənin tanınmış komediya ustası Cem Yılmazın səhnədə səhhəti pisləşib.


Yeniavaz.com "CNN Türk"ə istinadla xəbər verir ki, 20 dəqiqəlik fasilənin ardından yenidən səhnəyə qayıdan C. Yılmazın təzyiqinin düşdüyü məlum olub.

Hadisənin şahidi olan aparıcı Hakan Hatipoğlu "Twitter" hesabında o anları paylaşıb: "Cem Yılmazın səhhəti səhnədə pisləşdi. Əvvəlvcə hamı bunu zarafat hesab etdi. Kulisə çevrilib "həqiqətən yaxşı deyiləm" deyəndə hər kəs dondu qaldı. Sonra anonsla nümayişə 20 dəqiqə ara verildi. Yarım saatdan sonra "bomba vəziyyətdə" geri qayıtdı".

DİGƏR XƏBƏRLƏR

Top