
Dünyanın ən böyük neft şirkətləri məlum oldu. Yeniavaz.com ayrı-ayrı neft şirkətlərindən açıqlanan məlumatlara istinadən bildirir ki, dünyanın ən böyük neft şirkəti Çinin "Sinopec" şirkəti olub. 2018-ci ildə "Sinopec"un gəlirləri 420 milyard dollar olub.
Çin şirkətindən sonra ən çox gəliri olan Hollandiya və Britaniyanın ortaq şirkəti olan "Royal Dutch Shell" olub. Bu şirkətin illik gəliri 388 milyard dollar təşkil edib.
Dünyanın ən böyük neft şirkətlərinin ilk 10-luğuna daxil olan şirkətlər belə olub:
1. "Sinopec" (Çin) - 420 milyard dollar
2. "Royal Dutch Shell" (Hollandiya və Britaniya) - 388 milyard dollar
3. "Saudi Aramco" (Səudiyyə Ərəbistanı) - 356 milyard dollar
4. "PetroChina" (Çin) - 342 milyard dollar
5. BP (Britaniya) - 298,7 milyard dollar
6. "Exxon Mobil" (ABŞ) - 279 milyard dollar
7. "Total" (Fransa) - 209 milyard dollar
8. "Chevron" (ABŞ) - 159 milyard dollar
9. "Gazprom" (Rusiya) - 113 milyard dollar
10. Petrobras" (Braziliya) - 95 milyard dollar
Tətbiqimizi yükləyə bilərsiniz