
İmişli Rayon Təhsil Şöbəsinə (RTŞ) müdir təyinatı olub.
Yeniavaz.com Report-a istinadən xəbər verir ki, müfaviq əmrlə bu vəzifəyə Ələmdar Abbas oğlu Quliyev təyin edilib.
Ə.Quliyev bu təyinatadək şöbədə aparıcı məsləhətçi vəzifəsində çalışıb.
Qeyd edək ki, Ə.Quliyev 1962-ci ildə İmişli rayonunun Çaxırlı kəndində anadan olub. 1993-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirib. 1989-1997-ci illərdə İmişli rayonunun Çaxırlı kənd orta məktəbində müəllim, 1999-2003-cü illərdə həmin məktəbin direktoru, 2004-2006-cı illərdə İmişli RTŞ-də metodist, 2006-2019-cu illərdə isə aparıcı məsləhətçi vəzifələrində çalışıb.
Evlidir, 2 övladı var.
Tətbiqimizi yükləyə bilərsiniz