
Bəşəriyyət üçün dəhşətli, fəlakətlər dövrü kimi yadda qalan İkinci Dünya müharibəsi həmin gün SSRİ-nin qələbəsi ilə başa çatıb və faşizm süqut edib. Bu qələbə hər il olduğu kimi, bu il də böyük coşqu ilə qeyd edilir. 9 may Qələbə Günü münasibəti ilə mingəçevirlilər də şəhərin Qələbə meydanına toplaşıblar.
Qeyd edək ki, Mingəçevirdə 800 Böyük Vətən Müharibəsi iştirakçısı olub, lakin bu gün Mingəçevirdə cəmi onlardan 3 nəfəri həyatdadır. Ötən il onlar 6 nəfər idi.
Tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, hüquq-mühafizə orqanları, şəhər ictimaiyyəti və mingəçevirlilər əvvəlcə veteranlarla görüşüb, onları təbrik ediblər. Məktəblilər veteranları gül dəstələri ilə təbrik etdilər. Daha sonra Qələbə meydanında ucaldılmış əzəmətli əsgər heykəlinin öününə şəhər rəhbərliyi, hüquq mühafizə orqanları, ictimaiyyət nümayəndələri, mingəçevirlilər gül dəstələri düzüblər. Sonda isə əsgərlərin, məktəblilərin iştirakı ilə hərbi parad keçirilib.
Esmira Hidayətova, Mingəçevir
Tətbiqimizi yükləyə bilərsiniz