Sabirabadda avtomobil su kanalına düşüb, bir ailənin iki üzvü öldü - FOTO - VİDEO

Sabirabad rayonunda ağır yol qəzası baş verib.

Qəzada dünyasını dəyişən və xəsarət alanların şəxsiyyəti məlum olub.

Yeniavaz.com ONA-ya istinadən xəbər verir ki, Şamaxı rayon sakini, 1983-cü il təvəllüdlü Nuhiyev Arzum Sabahəli oğlunun idarə etdiyi 56-BC-449 qeydiyyat nişanlı "VAZ 2106" markalı avtomobilin su kanalına düşməsi nəticəsində sürücünün atası 1955-ci il təvəllüdlü Nuhiyev Sabahəli Seyidəli oğlu və qardaşı 1980-ci il təvəllüdlü Nuhiyev Zamin Sabahəli oğlu dünyasını dəyişib.

Sürücü özü və onun anası 1958-ci il təvəllüdlü Nuhiyeva Xədicə Lələ qızı xəsarət alaraq Sabirabad rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Qadının vəziyyəti daha ağırdır.

DİGƏR XƏBƏRLƏR

Top