Müharibə veteranının ən dəyərli əşyaları


 
77 il öncə verilən medalı hələdə saxlayır. Ən maraqlı məqam ondan ibarətdir ki, dəyərli əşyaların sahibi, kostyumunun üzərindən çıxarmağa belə icazə vermir. Qələbə günü yaxınlaşan zaman isə onların hər birini silib, təmizləyib həmin illəri yenidən xatırlayır. Mingəçvirdə yaşayan 98 yaşlı İkinci Dünya Müharibəsi iştirakçısı Baba Əliyev döyüşdüyü illərdə və ondan sonrakı dövrlərdə ona təqdim edilən 20-dən artıq medalı və onlara aid sənədləri qoruyub bu gün də saxlayır.
 
Vətənin dar günündə 650 min soydaşımız kimi o da silaha sarılıb. İlk günlərdən xidmətdə fərqlənən Baba Əliyev Şücaətə görə medalıyla təltif edilib. Nemət Əliyev atasına Böyük vətən müharibəsində göstərdiyi xidmətlərinə görə, təqdim edilən hər bir medalın xususi əhəmiyyəti olduğunu deyir.
 
223-cü divizyada Qafqazdan Yuqaslaviyaya qədər maraqlı döyüş yolu keçən Baba Əliyev qələbədə azərbaycanlıların böyük pay sahibi olduğunu deyir. 98 yaşlı veteran özünü hələ də gümrah hesab edir.
Göstərdiyi xidmətlərə görə, Baba Əliyevə verilən medallara gənc nəsil xüsusi ilə maraq göstərir. 98 yaşlı veteran təhsil müəssələrinə dəvət edilərək keçidiyi döyüş yolu haqqında söhbət açması istənilir. Baba Əliyev, həmçinin bu gün veteranlara olan qayğıdan söz açdı:
"Ölkəmizdə Böyük Vətən müharibəsi iştirakçılarına da daim diqqət və qayğı göstərilib. Həmin ənənə bu gün də davam edir. Belə ki, onların sosial təminatı yüksək səviyyədə həll olunub. Hətta mən deyərdim ki, bu sahədə MDB dövlətləri ilə müqayisədə ilk sıralardayıq. Elə bu günlərdə, daha doğrusu, aprelin 23-də Prezident İlham Əliyevin imzaladığı Sərəncamla 1941-1945-ci illərdə İkinci Dünya müharibəsi iştirakçılarının hər birinə 1000 (min) manat məbləğində birdəfəlik maddi yardım da ödənilib. Prezidentin bu Sərəncamı bir daha göstərir ki, bütün təbəqələrdən olan vətəndaşlarımızın sosial müdafiəsi, onların rifahının yaxşılaşdırılması dövlətimizin daim diqqətindədir. Dövlətimizin başçısı Vətən və xalq qarşısında xidmətləri olan şəxslərin, o cümlədən ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların ailə üzvlərinin sosial məsələlərinin həllini hər zaman prioritet vəzifə hesab edir".
Qeyd edək ki, Mingəçevirdə 800 Böyük Vətən müharibəsi iştirakçısından yalnız bu gün iki nəfəri sağdır. Allah onlara can sağlığı versin. Onların hər ikisinin 98 yaşı var.

Esmria Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top