Gürcüstan Patriarxı "David Qareci" ilə bağlı məsələyə münasibət bildirdi


Bütün Gürcüstanın Patriarxı "David Qareci" məbədi ilə bağlı Gürcüstanın müsəlman liderləri ilə görüşüb. 

Yeniavaz.com ONA-ya istinadla xəbər verir ki, gürcü patriarxlığında Bütün Gürcüstanın patriarxı II İlia ilə Gürcüstanın şeyxi Ramin İgidov, eləcə də Gürcüstan müftisi Yasin Əliyev arasında "David Qareci" məbədi ilə bağlı görüş keçirilib. Məlumat patriarxlığın rəsmi veb saytında paylaşılıb.

“Qonaqlar bildiriblər ki, gürcü kilsəsi əsrlər boyunca bizim sülh içində birgə yaşayışımıza töhvə verib” - məlumatda qeyd olunub.

Bütün Gürcüstanın Patriarxı II Ilia məbədlə bağlı məsələnin tezliklə sülh içində həll olunacağına ümid etdiyini deyib. 

DİGƏR XƏBƏRLƏR

Top