Sərnişin təyyarəsi qəzaya uğradı: 3 yerə parçalandı - FOTO


Banqladeşin "Biman Airlines" aviaşirkətinə məxsus təyyarə qəzaya uğrayıb.
Yeniavaz.com "RİA Novosti" agentliyinə istinadla xəbər verir ki, insident Myanmanın Yanqon beynəlxalq aeroportunda baş verib.

Aviaşirkətdən bildiriblər ki, bu, sərt eniş olub. Təyyarə enərkən pis hava şəraitinə görə eniş zolağından çıxıb. Hava gəmisi üç hissəyə parçalanıb. Təyyarənin göyərtəsində 28 sərnişin olub. Ölən və xəsarət alanlar barədə məlumat verilmir.

DİGƏR XƏBƏRLƏR

Top