Qəzada ölənlərin şəxsiyyətləri məlum olub - YENİLƏNİB


​Şəmkirdə qəza nəticəsində ölənlərin şəxsiyyətləri məlum olub.

Yeniavaz.com xəbər verir ki, "VAZ-2107" markalı avtomobilin sürücüsü, Şəmkir rayon Qaracəmilli kənd sakini, 1966-cı il təvəllüdlü Vidadi Zirəddin oğlu Gülməmmədov onun anası 1945-ci il təvəllüdlü Sücayət Seydəli qızı Gülməmmədova və onların nəvəsi 2016-cı il təvəllüdlü Ayxan Qüdrət oğlu Gülməmmədov hadisə yerində ölüblər.

***16:56
Şəmkir rayon Qaracəmilli kəndində baş verən ağır yol-nqəliyyat hadisəsi zamanı fəhlələri daşıyan "Mercedes-Sprinter" markalı mikroavtobus hərkətdə olan mikroavtobus idarəetmədən çıxaraq "VAZ-2107" markalı avtomobillə toqquşub. Zərbənin gücündən mikroavtobus aşaraq deformasiyaya uğrayıb.


Yeniavaz.com xəbər verir ki, qəza nəticəsində 3 nəfər ölüb 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Yaralılar “təcili yardım” avtomobilləri ilə Şəmkiir Rayon Mərkəzi Xəstəxanasına çatdırlılıb.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top