BŞTİ şagirdin pəncərədən özünü atması videosuna münasibət bildirib


Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) sosial şəbəkədə paytaxtdakı 239 saylı orta məktəbdə baş verdiyi deyilən şagirdin pəncərədən özünü aşağı atmasına dair görüntülərə münasibət bildirib.

Yeniavaz.com xəbər verir ki, idarənin İctimaiyyətlə əlaqələr sektorundan ONA-ya verilən məlumata görə, qeyd olunan videogörüntünün hansı məktəbə aid olduğu bəlli olmasa da, bu kimi hallar yolverilməzdir: “Məsələ ilə bağlı müvafiq araşdırma aparılır. Videogörüntünün hansı məktəbə aid olduğu müəyyən edildikdən sonra müvafiq tədbirlər görüləcək. Qeyd edək ki, təhsil müəssisələrində uşaqların təhlükəsizliyinin təmin olunması daim diqqət mərkəzində saxlanılır və bu kimi hallara qarşı ciddi qabaqlayıcı tədbirlər görülür”.

Qeyd edək ki, sözügedən videonu prodüser Tarix Əliyev (Tolik) İnstagram səhifəsində paylaşıb. Videoda oğlan uşağının ikinci mərtəbədən özünü aşağı atdığı təsvir olunur.

DİGƏR XƏBƏRLƏR

Top