Məktəbdən evə qayıdan 11 yaşlı uşağı it tutub


Yevlaxda Məktəbdən evə qayıdan 11 yaşlı uşağı it tutub.

Yeniavaz.com xəbər verir ki, hadisə ötən gün Yevlaxın Kövər kəndində baş verib. Kənd sakini İlkin Əlizadəni vəhşi it ayaq nahiyəsindən dişləyib. Al-qan içində olan məktəblini atası Murad Əliyev dərhal Yevlax Mərkəzi Rayon Xəstəxanasına çatdırıb. Yaralıya yardım edilməsini, vaksin vurulmasını tələb edən valideyn tibb ocağından yox cavabı alıb. Kövər sakininə Xəstəxanada quduzluq əlehinə vaksin olmadığı bildirlib.
Övladının səhətindən narahat qalan Murad Əliyev Bərdə rayonuna gedərək ordan vaksin alıb. Kənd sakini 11 yaşlı övladına həmin quduzluq əlehinə vaksindən 6 ədəd vurumalı olduğunu deyir.
İtin hücumuna məruz qalan uşağın valideyninə Yevlax Mərkəzi rayon Xəstəxanasından bildirlib ki,quduzluq əlehinə vaksin bu gün saat 14 radələrində tibb ocağında olacaq.Yevlax sakini övladının səhhəti ilə çox narahadır.

Esmira Hidayətova, Yevlax

DİGƏR XƏBƏRLƏR

Top