Paşinyan: Qırıcılar almağa başlamışıq


Ermənistan Rusiyadan Su-30SM çoxfunksiyalı qırıcıları əldə etmə prosesinə başlayıb.
Yeniavaz.com "RİA Novosti" agentliyinə istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

O bildirib: "Bunu məlum fakt olduğuna görə deyirəm. Digər silah və hərbi texnikanın alışına dair başqa məlumatları açıqlaya bilmərəm". 

Xatırladaq ki, Ermənistanın müdafiə naziri David Tonoyan daha əvvəl jurnalistlərə bildirmişdi ki, İrəvan Rusiyadan Su-30SM qırıcılarının tədarükü üzrə müqaviləyə görə qismən ödəniş edib: "Ermənistan birinci mərhələdə 2019-cu ilin sonunda, 2020-ci ilin əvvəlində 4 ədəd Su-30SM qırıcısı almağı planlaşdırır, ümumilikdə isə 12 belə təyyarə almaq istəyir".

DİGƏR XƏBƏRLƏR

Top