
Sumqayıt şəhərində Fövqəladə Hallar Nazirliyinin əməkdaşı qətlə yetirilib.
Yeniavaz.com Trend-ə istinadən xəbər verir ki, hadisə Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Xüsusi Riskli Xilasetmə Xidmətinin həyətində baş verib.
Naməlum şəxs səhər saatlarında xidmətin ərazisinə daxil olaraq qurumun əməkdaşı, çavuş, 1984-cü il təvəllüdlü Kərimov Emin Vəli oğlunu ürəyindən bıçaqlayaraq qətlə yetirib.
Qətli törədən şəxs polisə könüllü təslim olub və hadisəni namus üstə törətdiyini bildirib.
Sumqayıt Şəhər Prokurorluğundan verilən məlumata görə, faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
Tətbiqimizi yükləyə bilərsiniz