
"Yenilənəcək İstanbul seçkilərində Böyükşəhər Bələdiyyə sədri vəzifəsinə namizədimiz Binəli Yıldırım olacaq".
Yeniavaz.com "Dünya" qəzetinə istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, iyunun 23-də keçiriləcək seçkilərədək prosesi vali Əli Yerlikaya idarə edəcək: "İstanbul valimiz Əli Yerlikaya bu prosesi idarə edəcək, məsələ ilə bağlı açıqlama verilib. Devlet Bahçeliyle az əvvəl telefon əlaqəsi saxladım. Həm Ramazanını təbrik etdim, həm də verilən qərarın xeyirli olmasını arzu etdiyimi bildirdim".
Tətbiqimizi yükləyə bilərsiniz