
Mingəçevir şəhər İcra Hakimiyyəti və YAP Mingəçevir şəhər təşlikatının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibəti ilə “Heydər Əliyev-Azərbaycanın özü qədər əbədi lider” mövzusunda elmi-nəzəri konfrans keçirilib.
Yeniavaz.com xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev mərkəninin foyesində ulu öndərin 96-cı il dönümünə həsr olunmuş məktəblilərin əl işlərindən ibarət sərgiyə tamaşa ediblər. Daha sonra Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən video çarxa nümayiş olunub. Sonra ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik süküutla yad edilib. Tədbiri giriş sözü ilə açan Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ulu öndərin xilaskarlıq missiyasından, Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi inkişaf strategiyasından, Azərbaycan və Türkiyənin birgə inkişafı naminə həyata keçirdiyi layihələrin əhəmiyyətindən bəhs edib. Əminliklə vurğulanıb ki, ulu öndərimizin adı daim qəlblərdə yaşayacaq.
Konfrans öz işini məruzəçilərin çıxışları ilə başa vurub.
Esmira Hidayətova, Mingəçevir
Tətbiqimizi yükləyə bilərsiniz