Azərbaycana xaricdən 8,7 milyon həşərat, 2,9 milyon böcək gətirilib


Ötən il xarici ölkələrdən Azərbaycana 8 milyon 718 min 100 ədəd həşərat, 2 milyon 955 min 214 ədəd böcək idxal olunub. Yeniavaz.com açıqlanan rəsmi statistik göstəricilərə istinadən bildirir ki, idxal olunan həşarətlərin 100 ədədinin orta gömrük qiyməti 46 sent (78 qəpik), böcəklərin 100 ədədinin orta gömrük qiyməti isə 3,5 dollar (6 manat) olub.
Onu da bildirək ki, ötən il Azərbaycan da xaricə böcək ixrac edib. İl ərzində xaricə 234 min ədəd böcək ixrac olunub. İxrac olunan 100 ədəd böcəyin orta gömrük qiyməti isə 15 dollar (25,6 manat) olub.
 

DİGƏR XƏBƏRLƏR

Top