"Boeing"dən səhlənkar yanaşma


ABŞ-ın "Boeing" təyyarə istehsalçısı "737 Max" tipli sərnişin təyyarələrində ard-arda baş verən və 300-dən çox insanın həyatını itirdiyi qəzalardan sonra açıqlama verib. 

Yeniavaz.com BBC-ə istinadən xəbər verir ki, firma "737 Max" tipli sərnişin təyyarələrində proqram problemi olduğunu və bunu baş vermiş ilk qəzadan təxminən 1 il əvvəl öyrəndiklərini bildirib.

"Boeing" səlahiyyətliləri isə bu problemin uçuş təhlükəsizliyinə və təyyarənin sxeminə böyük təsir göstərməyəcəyi qənaətinə gəlmişdilər. Təcili müdaxilə edilməsinə ehtiyac duymayan səlahiyyətlilər  problemi gələcəkdə hazırlanan yeni proqramla həll etməyi planlaşdırıblar.

ABŞ Aviasiya İdarəsi isə ilk qəzanın baş verdiyi 2018-ci ilin oktyabr ayına qədər təyyarələrin proqramında olan problemlə bağlı heç bir məlumatlarının olmadığını bildirib.

DİGƏR XƏBƏRLƏR

Top