İmamoğlu yeni qələbə üçün qolları çirmələdi - VİDEO

Türkiyə Ali Seçki Komissiyası (ASK) İstanbulda seçkiləri yeniləmə qərarı verdikdən sonra İstanbulda minlərlə insanan səslənən Əkrəm İmamoğlu pencəyini çıxarıb, qalstukunu açıb, köynəyinin qollarını çirməyib və toplaşanlara gülümsəyərək "hər şey çox gözəl olacaq" deyib. Yeniavaz.com "Sözcü" qəzetinə istinadla xəbər verir ki, Ə. İmamoğlu seçkilərin eyni qaydalarla aprelin 24-də keçirildiyini və Prezidentin seçildiyini xatırladıb.

O, ASK-ya müraciət edərək bildirib: "Eyni qaydalarla referendum keçirilməklə Konstitusiya dəyişdi. Belə olan halda Konstitusiya və prezidentlik seçkiləri də müəmmalıdır. İstanbul seçkilərinin anamın ağ südü qədər halal olduğunu bilirəm. Bu millət bizi seçib. Ramazan qul haqqını yememək ayıdır".

Ə. İmamoğlu vurğulayıb ki, kütləvi informasiya vasitələri seçki prosesində onun yanında olmayıb: "Dövlətin heç bir imkanı bizdə yoxdu. Bizim yanımızda xalq varıydı. Əlbir olduqları "Anadolu" agentliyin utanmaz idarəçiləri seçki nəticələrinə dair məlumatı 12 saat paylaşmadılar. Bəlkə də bizə 100 ilin media rəzalətini yaşatdılar. "Anadolu"nu öz mənfəətləri üçün istifadə etdilər".

Onun sözlərinə görə, həmin gecə demokratiyaya xəyanət etmək istəyənlər gecənin bir vaxtında 3 min səs fərqi ilə qazandıqlarını bildirdilər: "Mən sizin yerinizdə olsam, onlara gülərdim. Gülün, vallahi gülün. İrəli sürdükləri hər səbəb çürüdü. Biz o axşam bu qədər qətiyyətli olmasaydıq səhərisi "at alan Üsküdarı keçdi" deyəcəklərdi. Deməyə imkan vermədik".

Ə. İmamoğlu hesab edir ki, Türkiyədə qərar verənlər qəflət, dəlalət, hətta xəyanət içərisində ola bilərlər: "Ancaq biz qətiyyən vaz keçməyəcəyik. Çünki bilirəm ki, 16 milyonla birlikdə yol gedəcəm. Dünyaya olan etibarımızı ayaqlar altına almaq istəyənlər ola bilər. Ancaq biz bu dəyərləri məhv etdirməyəcəyik. Sənətkarlar, iş adamları danışmalıdır. Artıq danışmaq vaxtıdır. Mən niyə qəbul etmədilər bilirsinizmi? Mən dedim ki, bir nəfərdən göstəriş almayacağam. Mən 16 milyon insandan göstəriş alacağam. Bu gün Türkiyənin iqtisadi enişini ört-basdır etmək üçün 45 gün daha qazana bilərlər. Ancaq sevgi, hörmət və demokratiya ilə haqqımızı qazanacağıq".

DİGƏR XƏBƏRLƏR

Top