
Türkiyə Ali Seçki Komissiyası (YSK) İstanbuldakı seçki nəticələrini ləğv etməsi qardaş ölkənin iqtisadiyyatına təsirsiz ötüşməyəcək.
Yeniavaz.com-un məlumatına görə, bunu iqtisadçı-ekspert Vüqar Bayramov özünün "Facebook" səhifəsində yazıb.
Onun sözlərinə görə, Türkiyə lirəsinin dollara nisbətən məzənnəsində azalmaların davam edəcəyi proqnozlaşdırılır: "Seçki tərəfləri arasındakı münasibətlər gərginləşərsə, bu halda yaxın zamanlarda Türkiyə pulu “1 dollar 7 lirə” məzənnəsinədək ucuzlaşa bilər. Gözlənilir ki, son qərardan sonra qardaş ölkədə dollara tələb kəskin artacaq. Yalnız investorlar deyil, eyni zamanda əhalinin də xarici valyuta alışının çoxalacağı gözlənilir. Son qərar valyuta bazarına həmçinin psixoloji təsir göstərir ki, bu da lirəni ucuzlaşdırır".
Tətbiqimizi yükləyə bilərsiniz