Lirə dəyərdən düşür: Türkiyədən gətirilən məhsulları nə qədər ucuzlaşacaq? - MƏBLƏĞ


Bu ilin əvvəlindən bugünə kimi Türkiyənin milli valyutası - lirə Azərbaycan manatı qarşısında 19% dəyərdən düşüb.
Yeniavaz.com-un apardığı hesablama göstərir ki,  bu ilin yanvar ayının 1-i tarixində 1 manat  3,114 lirəyə bərabər olub. Bu gün isə 1 manat 3,549 lirə qədər bahalanıb.
Məlumat üçün bildirək ki, Türkiyənin milli valyutası bugünə kimi Azərbaycan manatı qarşısında ən aşağı səviyyəyə 13 avqust 2018-ci il tarixində düşüb. Həmin tarixdə 1 manat 4,014 lirə olub.
Türkiyə lirəsinin milli valyutamıza nisbətən dəyərdən düşməsi Türkiyədən ölkəmizə məhsul idxal edənlərin daha çox qazanc əldə etməsinə səbəb olacaq. Bu ilin ilk 4 ayı ərzində manatın məzənnəsinin lirə qarşısında 19% bahalanması Türkiyədən gətirilən məhsulların eyni səviyyədə ucuzlaşması deməkdir.
Məsələn, 4 ay əvvəl  1000 manata Türkiyədə 3114 lirəlik məhsul gətirə bilirdiksə, hazırda  1000 manat 3549 lirəlik məhsul gətirmək mümkündür.

DİGƏR XƏBƏRLƏR

Top