Nigerdə güclü partlayış: onlarla ölü və yaralı

Nigerin paytaxtı Niameyində "Diori Hamani" hava limanının yaxınlığında partlayış baş verib.

Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 55 nəfər həyatını itirib.

Daxili işlər naziri Bazum Məhəmməd bazar günü axşam saatlarında hadisə yerindəki tankerin park edərkən aşdığını və daşıdığı yanacağın sızdığını bildirib.

O, deyib: "Ətrafdakı insanlar sızan yanacağı borularla çəkməyə başlayıblar. Orada olan insanlardan biri tankerin yanına motosikletlə yaxınlaşıb. Partlayışa isə bu motosikletin mühərrikindəki qığılcım səbəb olub. Hadisə nəticəsində 37 nəfər ikinci və üçüncü dərəcəli yanıq xəsarəti alıb, 55 nəfər isə həyatını  itirib" .

Qeyd edək ki, neft istehsalına 2012-ci ildən başlayan Nigeriyada bu günə qədər ilk dəfə tanker partlayışı olub.

DİGƏR XƏBƏRLƏR

Top