Keçmiş Prezidentin qardaşı həbs edildi


Əlcəzairin istefa verən keçmiş Prezidenti Əbdüləziz Buteflikanın qardaşı Səid Buteflika və iki keçmiş kəşfiyyat rəisi həbs olunub.

Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Belide vilayətinin hərbi prokurorluğu onların "orduya zərər vermə və dövlətə qarşı sui-qəsd qurma" ittihamı ilə müvəqqəti həbs olunduğunu bəyan edib.
Ötən ay da Ə. Buteflikaya yaxın beş iş adamı korrupsiya istintaqı üzrə nəzarət altına alınmışdı.

Qeyd edək ki, Əlcəzairi 20 il idarə edən Ə.Buteflika təxminən 2 ay davam edən etirazlar nəticəsində aprelin 2-də istefa vermişdi.

DİGƏR XƏBƏRLƏR

Top