İranda benzin kvota ilə satılacaq


İranda benzin satışına kvota gətiriləcək.

Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, kvotanı nəzərdə tutan "yanacaq kartı" tətbiqinə keçiləcək. İranda litri min tümən olan benzin bundan sonra "yanacaq kartı" ilə satılacaq. İran parlamenti benzinin qiymətini artırmamaq, ancaq qaçaqmalçılığın qarşısını almaq üçün "yanacaq kartı" tətbiqinə keçilməsinə qərar verib.

Daha əvvəl verilən məlumata görə, kvota çərçivəsində min tüməndən satılan benzindən ayda sadəcə 60 litr almaq mümkün olacaq, bundan daha artığını almaq istəyənlər isə litrini 2 500 tüməndən ödəyəcək.

DİGƏR XƏBƏRLƏR

Top