Yol çəklişi zamanı sakinlərin taxıl sahələri su altında qalıb - VİDEO


Yevlaxda yol çəklişi zamanı sakinlərin taxıl sahələri su altında qalıb.

Yeniavaz.com xəbər verir ki, Yevlaxın Aşağı Bucaq, Yuxarı Bucaq kəndi ərazisində bir neçə sakinə məxsus 15 hektara yaxın ərazi biçin qabağı yararsız vəziyyətə düşüb. Sakinlər bildirir ki, yeni yol çəklişi zamanı su borularının düzgün qoyulmaması sahələri belə vəziyyətə salıb. 15 gündən artıqdır arxlardan axan sular yetişməkdə olan arpa, buğda sahələrinə axır.

Təsərrüfat sahibləri Şöman Məmmədov, Anar Hüseynov bildirirlər ki, sahələrədə 15-20 günə biçin başlanacaq, amma belə vəziyyətdə zəmilərə kombayn girməsi mümkünsüzdür. Çünki suyun quruması həmin vaxta qədər mümkün deyil.

 
Esmira Hidayətova, Yevlax
 

DİGƏR XƏBƏRLƏR

Top