Liviyada hərbi əməliyyatlar: 432 ölü, 2069 yaralı


Liviyada Tripoli ətrafında hərbi əməliyyatlar nəticəsində ölənlərin sayı 432 nəfərə çatıb.

Yeniavaz.com
"RİA Novosti" agentliyinə istinadla xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bəyanatında deyilir. Bildirilir ki, Tripolidə hərbi münaqişə başlayandan bu günədək 432 nəfər həlak olub, 2069 nəfər yaralanıb, 50 mindən çox adam isə öz evlərini tərk etmək məcburiyyətində qalıb.

Xatırladaq ki, Liviya Milli Ordusunun komandanı general Xəlifə Həftər aprelin 4-də öz qüvvələrinə Tripoliyə hücum etmək əmri verib.  

DİGƏR XƏBƏRLƏR

Top