Şri-Lankada yüzlərlə müsəlman deportasiya olundu


Şri-Lanka hökuməti Pasxa bayramında 250-dən çox adamın öldüyü terror hücumlarına görə 200 müsəlmanı deportasiya edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə "Euronews" məlumat yayıb.

Daxili işlər naziri Vacira Abeyvardena  ümumilikdə 600-dən çox şəxsin deportasiya olunduğunu açıqlayıb. O, deyib: "Viza sistemimizi ölkədəki mövcud vəziyyəti nəzərə alaraq yenidən araşdırdıq və din adamları üçün bu qaydanı daha da sərtləşdirməyə qərar verdik. Deportasiya olunan 600 nəfərdən 200-ü müsəlmandır".

Bundan əlavə qeyd olunub ki, ölkədə vizasının istifadə tarixi keçmiş şəxslər cinayətə cəlb olunacaqlar.

DİGƏR XƏBƏRLƏR

Top