Ölkəmizə istehsal ili yeni olan, amma real dəyərindən ucuz satılan avtomobillər gətirilir. Buna səbəb həmin avtomobillərin qazla işləməsi və qəzaya uğramış olmasıdır. Belə maşınlar əsasən cənubi koreya və amerikadan gətirilir. Mütəxəssislərdiqqətli olmağı tövsiyyə edirlər. Çünki belə maşınlarda kiçik nasazlıq ağır fəsadlara yol aça bilər.
İstehsal olunduğu il 2015-dir və Amerikadan ölkəmizə gətirilir. Hazırda belə avtomobilin bazar qiyməti 19 min dollardan çox olsa da, cəmi 13 700 dollara təklif olunur. Buna səbəb bu avtomobilin qazla işləməsi və daha əvvəl qəzaya uğramış olmasıdır.
Bundan başqa, ölkəmizdə qazla işləyən avtomobil mühərriklərinin mütəxəssisi çox az olduğundan belə maşınlarda sonradan yaranan nasızlıqları aradan qaldırmaq da çox çətin olur. Yəni sürücü maşın alarkən etdiyi qənaəti daha sonra ustalara xərcləməli olur.
Qeyd edək ki, hazırda ölkəmizdə qazın qiyməti ucuz olduğundan sürücülər qənaət məqsədiləbelə avtomobillərə maraq göstərirlər.
(Xəzər Tv)