Azərbaycanda bələdiyyə sədri avtomobil qəzasında ölüb

Samux rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Hadisə rayonun Tatlı kəndinin yaxınlığında qeydə alınıb.

Belə ki, Goranboy sakini idarə etdiyi “Mercedes” markalı, “22-BJ-656” dövlət qeydiyyat nömrəli avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil ağaca çırpılıb, daha sonra kanala düşüb. 

Sürücü hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, ölən şəxs Goranboy rayonu Baxçakürd kənd bələdiyyə sədridir. Faktla bağlı araşdırma aparılır. (ona)

DİGƏR XƏBƏRLƏR

Top