Azərbaycanda həbs olunan məktəblilərin sayı kəskin artıb - RƏSMİ


Azərbaycanda il ərzində 323 nəfər 14-17 yaşlı uşaq məhkum olunub.
Yeniavaz.com-un açıqlanan rəsmi statistikaya istinadən apardığı hesablamaya görə, əvvəlki illə müqayisədə müxtəlif cinayətlərə görə məhkum olunan uşaqların ümumi sayı 19,2% və ya 62 nəfər artaraq 323-ə yüksəldiyi halda, məhkum olunan məktəblilərin sayı 2,2 dəfə artaraq 46 nəfərdən 103 nəfərə çatıb.
Onu da bildirək ki, məhkum olunan uşaqların 320-si oğlan, 3-ü isə qız olub. Məhkum olunan uşaqların əksəriyyəti - 186 nəfəri heç yerdə oxumayıb.

DİGƏR XƏBƏRLƏR

Top