
Ermənistanın Xarici işlər naziri Zöhrab Mnatsakanyan İsrailin "KAN NEWS" televiziya kanalına verdiyi müsahibədə bildirib ki, İsrail silahları mənim xalqımı öldürür. Yeniavaz.com xəbər verir ki, Zöhrab Mnatsakanyan İsrailin Azərbaycana silah satmasına etiraz edib. O bildirib ki, Azərbaycan İsraildən aldığı silahları ermənilərə qarşı istifadə edir.
Məlumat üçün bildirək ki, erməni nazirin bu açıqlaması sosial şəbəkələrdə gülüşlə qarşılanıb. Açıqlamaya münasibət bildirənlər istehza ilə qeyd ediblər ki, görünür Ermənistan Rusiyadan aldığı silahları kənd təsərrüfatı sahələrində istifadə edir və ona görə də Zöhrab Mnatsakanyan Azərbaycanın İsraildən silah almasını və bunlardan cəhbə xəttində istifadə etməsini təccüblə qarşılayır.
Tətbiqimizi yükləyə bilərsiniz