Hansı rayonun icra başçısı əslən həmin rayondan deyil? - Başçıların TAM SİYAHISI


Azərbaycan ərazisində mövcud olan 9 şəhər və 56 rayona rəhbərlik edən şəxslərin yalnız 19 nəfəri rəhbərlik etdikləri həmin rayonlarda anadan olub. Yeniavaz.com-un apardığı araşdırma göstərir ki, 65 şəhər və rayon icra hakimiyyəti başçılarının böyük əksəriyyəti başqa rayonlarda anadan olublar, ya da əslən həmin rayondan deyillər.  
Şəhər və rayon icra hakimiyyəti başçılarının anadan olduqları yerlər:
 
Bakı Eldar Əzizov  28 iyun 1957-ci ildə Bakı şəhərində anadan olub, əslən Qusar rayonundandır
Gəncə Niyazi Bayramov 1956-cı il martın 26-da Bakı şəhərində anadan olub, əslən İsmayıllı rayonundandır
Sumqayıt Zakir Fərəcov 1954-cü ildə fevral ayının 3-də Laçın rayonunun Qazıdərə kəndində anadan olub
Lənkəran Taleh Qaraşov 20 may 1959-cu ildə Kürdəmir rayonunun Pirəköçə kəndində anadan olub
Şəki Elxan Usubov 1960-cı il may ayının 26-da Mingəçevir şəhərində anadan olub
Yevlax Qoca Səmədov 13 oktyabr 1959-cu ildə Yevlax şəhərində anadan olub
Mingəçevir İlham İsmayılov  15 iyul 1963-cü ildə Ucar şəhərində anadan olub
Şirvan Mərdan Camalov 27 may 1956-cı ildə Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olub
Naftalan Rövşən İbrahimov  1967-ci ildə Siyəzən rayonunda anadan olub
Abşeron İradə Gülməmmədova 1962-ci il sentyabrın 30-da Şuşa şəhərində anadan olub
Ağcabədi Şahin Məmmədov 1959-cü ildə Bərdə şəhərində anadan olub
Ağdam Vaqif Həsənov 18 fevral 1959-cu ildə Ağdam rayonunda anadan olub
Ağdaş Tofiq İbrahimov 1954-cü ildə Qəbələ rayonunda anadan olub
Ağstafa Nizaməddin Quliyev 1 sentyabr 1954-cü ildə Goranboy rayonunun Tap Qaraqoyunlu kəndində anadan olub
Ağsu Ənvər Seyidəliyev  1950-ci ildə Ağsu rayonunun Pirhəsənli kəndində anadan olub
Astara Qəzənfər Ağayev 1961-ci il 2 noyabr tarixdə Naxçıvan şəhərində anadan olub
Balakən İslam Rzayev 1965-ci ildə Göyçay rayonunda anadan olub
Beyləqan Asif Ağayev 1961-ci ildə Sabirabad rayonunun Ulacalı kəndində anadan olub
Bərdə Vidadi İsayev  18 aprel 1959-cu ildə Ermənistan SSR-nin Əzizbəyov rayonunun Artavan kəndində anadan olub
Biləsuvar Mahir Quliyev 28 noyabr 1958-ci ildə Kəlbəcər rayonunda anadan olub
Cəbrayıl Kamal Həsənov  2 oktyabr 1957-ci ildə Cəbrayıl şəhərində anadan olub
Cəlilabad Namiq Zeynalov əslən Şamaxı rayonundan olduğu bildirilir
Daşkəsən Əhəd Abıyev 1958-ci il yanvarın 15-də Masallı rayonunun  Kürdəbaz kəndində anadan olm
Füzuli Alı Alıyev 4 yanvar 1955-ci ildə Füzuli rayonunda anadan olub
Gədəbəy İbrahim Mustafayev  
Goranboy Məhərrəm Quliyev 13 aprel 1968-ci ildə Lənkəranda anadan olub
Göyçay Mehdi Səlimzadə əslən İmişli rayonundandır
Göygöl Arif Seyidov 29 iyun 1957-ci ildə Göygöl (Xanlar) rayonunda anadan olub.
Hacıqabul Əhməd Muxtarov 5 fevral 1951-ci ildə Yevlax rayonu Malbinəsi  kəndində anadan olub.
Xaçmaz Şəmsəddin Xanbabayev 1939-cu il aprelin 1-də Naxçıvan MR-nın Ordubad rayonunun Aşağı Əndəmic kəndində anadan olub
Xızı Xəzər Aslanov 6 iyun 1970-ci ildə Bakı şəhərində anadan olub, əslən Qərbi Azərbaycandandır
Xocalı Şahmar Usubov 1953-cü il avqust ayının 4-də Xocalıda anadan olub
Xocavənd Eyvaz Hüseynov 15 fevral 1959-cu ildə Xocavənd rayonunun Muğanlı kəndində anadan olub
İmişli Vilyam Hacıyev 10 avqust 1957-ci ildə Göygöl şəhərində anadan olub, əslən Qərbi Azərbaycandandır
İsmayıllı Mirdaməd Sadıqov 1950-ci ildə İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olub
Kəlbəcər Aqil Məmmədov 1 aprel 1960-cı ildə Kəlbəcər rayonu Ağdaban kəndində anadan olub
Kürdəmir Ceyhun Cəfərov  1 dekabr 1965-ci ildə Yevlax şəhərində anadan olub
Qax Musa Şəkiliyev  23 sentyabr 1959-cu ildə Qax rayonunda anadan olub
Qazax Rəcəb Babaşov Əslən Sabirabad rayonundandır
Qəbələ Səbuhi Abdullayev 30 aprel 1972-ci ildə  anadan olub
Qobustan Adil Məmmədov 15 aprel 1952-ci ildə Oğuz rayonunun Xaçmaz kəndində anadan olub
Quba Ziyəddin Əliyev  27 iyun 1963-cü ildə Ermənistanın SSR-nin Krasnoselsk rayonunun Ardanis kəndində anadan olub
Qubadlı Malik İsaqov 26 sentyabr 1953-cü ildə Qubadlı rayonunun Çərəli kəndində anadan olub
Qusar Şair Alxasov  1958-ci ildə Qusar rayonunun Çətkün kəndində anadan olub
Laçın Aqil Nəzərli  10 mart 1976-cı il tarixdə Laçın rayonunun  Güləbird kəndində anadan olub
Lerik Rövşən Bağırov  1966-cı ildə Bakı şəhərində anadan olub
Masallı Rafil Hüseynov 14 aprel 1953-cü ildə Bərdə rayonunun Gülgəzli kəndində anadan olub
Neftçala İsmayıl Vəliyev  31 oktyabr 1959-cu ildə Gəncə şəhərində anadan olub
Oğuz Eyvaz Qurbanov 1963-cü il fevralın 14-də Oğuz rayonunun Bucaq kəndində anadan olub
Saatlı Siraqəddin Cabbarov 15 dekabr 1959-cu ildə İmişli rayonunda anadan olub
Sabirabad Nazim İsmayılov  30 oktyabr 1959-cu ildə Bakı şəhərində anadan olub
Salyan Sevindik Hətəmov  1963-cü il aprelin 7-də  Laçın  rayonunun  Güləbird kəndində anadan olub
Samux Alı Qocayev 27 iyul 1947-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olub
Siyəzən Novruz Novruzov 1954-cü il mayın 2-də Lerik rayonunun Zövnə  kəndində anadan olub
Şabran Asif Hüseynov  25 aprel 1981-ci ildə Sabirabad rayonunun Qalağayın kəndində anadan olub
Şamaxı Tahir Məmmədov məlumat yoxdur
Şəmkir Alimpaşa Məmmədov məlumat yoxdur
Şuşa Bayram Səfərov 1950-ci ildə Şuşa şəhərində anadan olub
Tərtər Müstəqim Məmmədov 1969-cu ildə Yevlax rayonunda anadan olub 
Tovuz Məmməd Məmmədov əslən Tovuz rayonundandır
Ucar Mənsur Məmmədov 20 aprel 1965-ci ildə Ucar rayonunun Qazıqumlaq kəndində anadan olub
Yardımlı Ayaz Əsgərov 1964-cü ildə Tovuz rayonu Qovlar qəsəbəsində anadan olub
Zaqatala Mübariz Əhmədzadə 15 yanvar 1947-ci ildə Qax rayonunun  Qaxmuğal  kəndində anadan olub
Zəngilan Ramiz Həsənov əslən Cəbrayıl rayonundandır, Baş nazirin müavini Əli Həsənovun qardaşıdır
Zərdab Lütvəli Babayev 1959-cu il yanvarın 30-da Zərdab rayonunun Qaravəlli kəndində anadan olub
 
 
 
 

DİGƏR XƏBƏRLƏR

Top