Bakı reytinqdə birinci oldu


May bayramlarında rusiyalı turistlərin MDB, yaxın və uzaq xarici ölkələrə səyahət reytinqi açıqlanıb.

Yeniavaz.com Rusiya KİV-ə istinadla xəbər verir ki, bu barədə "TurStat" analitik agentliyi məlumat yayıb. Agentliyin tərtib etdiyi reytinqə əsasən, rusiyalılar may bayramlarında daha çox Azərbaycan, Belarus və Qazaxıstana səyahət edirlər.  

Agentlik syahətçilərin səfərləri üçün MDB-də ən çox tələbat duyulan şəhərlərin siyahısını hazırlayıb. Şəhərlərin reytinqi mayda olan turist səfərlərinin populyarlığının təhlili nəticəsində təqdim edilib. Reytinqin lideri Bakı olub. Sonrakı yerləri müvafiq olaraq, Minsk, Nur-Sultan, İrəvan, Alma-Atı , Daşkənd, Bişkek, Kişinyov, Düşənbə, Aşqabad tuturlar.

İstirahət edənlər MDB ölkələrində turizm səfərlərinə sutkada qidalanma və qalmağa görə 60-120 dollar xərcləyirlər. MDB şəhərləri arasında ən ucuz turizm səfərləri Kişinyova edilir. Şopinq üçün isə daha çox Bakı seçilir.

DİGƏR XƏBƏRLƏR

Top