Bakıda “Qaqaş” dəstəsi ilə 25 bağ evini soydu - FOTO

Binəqədi rayonu ərazisində cari ilin yanvar-mart ayları ərzində bağ evlərindən silsilə oğurluqlar edən mütəşəkkil cinayətkar dəstənin üzvləri saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi (RPİ) Cinayət-Axtarış Şöbəsi və 4-cü Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində dəstənin üzvləri paytaxt sakinləri Əsədullayev Valeh Fəyaz oğlu, Məmmədov Sadiq Ağahəsən oğlu, İsmayılov Balakişi Alım oğlu, Mədətov İmran Ağababa oğlu və Hüseynov Niyaməddin Əhmədoğlu tutulublar.

Araşdırma zamanı müəyyən edilib ki, dəstənin başçısı “Qaqaş” ləqəbli Valeh Əsədullayev olub. O, adları çəkilən şəxsləri ətrafına toplayaraq müxtəlif vaxtlarda Binəqədi, Abşeron və Sabunçu rayonlarında yerləşən bağ evlərindən oğurluq hadisələri törədib.

DİGƏR XƏBƏRLƏR

Top